17 Sentyabr 22:08
ADY lokomotiv parkını yeniləyir: Çindən yeni lokomotivlər Bakıya gətirilib - FOTO
“Bu tarix Azərbaycanın müstəqillik və dövlətçilik tarixinin mühüm səhifələrindəndir”
Azərbaycan DTX 5 ölkədə paralel antiterror tədbirləri keçirib, 10 nəfər saxlanılıb - VİDEO
Gürcüstanda kütləvi zəhərlənmə: 50-dən çox uşaq xəstəxanaya çatdırılıb
Finlandiya və müttəfiqləri Baltik dənizində gəmi ələkeçirmə təlimi keçiriblər
09:59
392
“Türk və İslam dünyasının birliyinin möhkəmləndirilməsi istiqamətində Azərbaycanın təşəbbüsləri və beynəlxalq platformalarda fəal iştirakı mühüm əhəmiyyət daşıyır”.
Bu fikirləri Milli Məclisin deputatı Müşviq Cəfərov “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib.
Deputat qeyd edib ki, Bakıda Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının keçirilməsi də bu baxımdan mühüm hadisədir:
“Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı böyük beynəlxalq tədbir kimi diqqət çəkir. Tədbirdə çıxış edən cənab Prezident İlham Əliyev Azərbaycanın Türk və İslam dünyası arasında birləşdirici rolunu vurğulayıb. Müsəlman ölkələrinin vahid ailə kimi bir araya gəlməsinin vacibliyini xüsusi olaraq diqqətə çatdırıb.
Prezident qeyd edib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini liderləri ilə yanaşı, Gürcüstan və Suriyadan olan dini liderlərin, Şimali Qafqaz respublikalarının, xüsusilə Dağıstan və Çeçenistandan olan dini rəhbərlərin də tədbirdə iştirakı birliyin əsl nümunəsidir.
Təbii ki, burada Azərbaycanın xüsusi rolu var. Çünki Azərbaycan həm Türk dünyasının bir parçasıdır, həm də Qafqaz ölkəsidir. Ölkəmizin tarixinə nəzər saldıqda bunu aydın şəkildə görmək mümkündür.
Azərbaycan hər zaman sülhə, sabitliyə və tolerantlığa çağırış edib. Ölkəmiz təmsil olunduğu bütün təşkilatlarda birləşdirici, barışdırıcı və əməkdaşlığa istiqamət verən dövlət kimi çıxış edib”.
Müşviq Cəfərov vurğulayıb ki, Bakıda belə tədbirlərin keçirilməsi Azərbaycanın Türk və İslam dünyası arasında əlaqələrin inkişafına verdiyi töhfəni göstərir.
Günel Elxan