Xarici ölkələrdə təhsillə bağlı Dövlət Proqramının müddəti uzadılıb, sənədə doktorantura pilləsi də əlavə edilib Hadisə

Xarici ölkələrdə təhsillə bağlı Dövlət Proqramının müddəti uzadılıb, sənədə doktorantura pilləsi də əlavə edilib

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamında dəyişiklik edilib.

APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsaəsn Dövlət Proqramı 2028-ci ilə qədər uzadılıb.

Birinci cümlədə “400 nəfərdən çox olmamaqla, ümumilikdə 2000” sözləri “500” rəqəmləri ilə, “və magistratura” sözləri “, magistratura və doktorantura” sözləri ilə əvəz edilib.