“Rusiya danışıqlardan qaçmaq üçün bəhanə tapdı”
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 22:59
30 Dekabr 2025 22:37
30 Dekabr 2025 22:36
8 Oktyabr 2024 10:41
2 233
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Azərsun Sənaye Parkı ərazisindəki Bakı Qida və Yağ Fabrikinin istehsalat sahələrində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması” mövzusunda təlim keçirib.
Nazirlikdən verilən xəbərə görə, təlimin keçirilməsində məqsəd mümkün fövqəladə hallarla mübarizə, o cümlədən istehsalat sahələrində qəzalar zamanı xilasetmə işlərinin aparılması üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi, həmçinin müəssisə əməkdaşlarına fövqəladə hallar zamanı davranış qaydaları barədə müvafiq biliklərin verilməsi olub.
Təlim zamanı xüsusi vasitələrlə şərti qəza baş vermiş istehsalat sahəsində köməksiz vəziyyətdə qalmış “zərərçəkmişlər” xilas edilib, onlara “ilkin yardım göstərilib”, həmçinin baş vermiş “yanğın qısa müddətdə söndürülüb”.
Sonda təlimin nəticələrinin təhlili aparılıb, müvafiq tapşırıqlar verilib.
30 Dekabr 2025 18:03
2 009
30 Dekabr 2025 18:01
1 750
30 Dekabr 2025 17:36
1 834