"Avronyus" COP29-la bağlı reportaj hazırladı - Video
5 Noyabr 22:14
5 Noyabr 22:14
5 Noyabr 17:45
5 Noyabr 15:30
5 Noyabr 14:28
COP29 Paris Sazişini reallışdırmağımızı təmin etmək üçün çox vacib platformadır.
Bunu Bakıda Pre-COP tədbirində iştirak edən BMT Baş katibinin müavini Amina Mohammed APA-ya açıqlamasında deyib.
Amina Mohammedin sözlərinə görə, COP29 Dayanıqlı İnkişaf Gündəliyinin ayrılmaz hissəsidir.
BMT Baş katibinin müavini iqlimlə bağlı maliyyələşmənin əhəmiyyətinə toxunub və əlavə edib ki, maliyyə COP29-un əsas məsələsidir. Amina Mohammed bu məsələ ilə əlaqədar COP29-da konsensus əldə ediləcəyinə ümidvar olduğunu vurğulayıb.
“Maliyyə məsələsi bizim üçün çox önəmlidir. COP29-un başlamasına 31 gün var hələ, gəlin görək bunu necə edə bilərik”, - o qeyd edib.
O bildirib ki, temperaturun 1,5 səviyyəsində saxlanması üçün hökumətlərə dəstək olunmalıdır: “Ölkələrin bəzilərinin qarşıya qoyduqları planlara nail olmaq üçün imkanları olmur. BMT-nin əsas məqsədi belə ölkələrə dəstək göstərmək, onlar üçün tərəfdaşlıq yaratmaqdır. Yeni milli öhdəliklərin qurulması üçün bütün tərəflər bizə dəstək olmalıdır. Beynəlxalq ictimaiyyət olaraq öhdəlik götürmüşük və bu öhdəlikləri həyata keçirməliyik”.
Amina Mohammed qeyd edib ki, BƏƏ, Azərbaycan və Braziliya Troykası BMT-dən dəstək istəyib: “Ölkələr keçid ərəfəsindədir. Ölkələrə maliyyə dəstəyi göstərilməlidir. Bu öhdəliklərin həyata keçirilməsi üçün maliyyə olmalıdır. Biz çoxtərəfli əməkdaşlığın inkişafı üçün danışırıq. COP29-un nəticəsi bizim üçün sınaqdır. Bu, onu göstərəcək ki, biz qlobal birlik olaraq nə dərəcədə effektiv davranırıq. Biz istəyirik insanlara ümid verək və qlobal icma desin ki, biz bunu bacarırıq. Biz fəaliyyətlərimizi sürətləndirməliyik, bizim geriyə yolumuz yoxdur, yalnız irəli gedə bilərik”.