FHN və Avstriyanın Daxili İşlər nazirlikləri birgə təlimlər keçirir Hadisə

FHN və Avstriyanın Daxili İşlər nazirlikləri birgə təlimlər keçirir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Avstriya Respublikası Federal Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq çərçivəsində bu il fevralın 12-dən Qəbələdə qar uçqunlarında axtarış-xilasetmə, həmçinin xizəksürmə hazırlığı üzrə təlimlərə başlanıb.
FHN-in mətbuat xidmətindən bildirilib ki, təlimlərə nazirliyin Şimal-qərb Regional Mərkəzinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Təlim iştirakçılarına avstriyalı mütəxəssislər tərəfindən qar uçqunları altında qalanların axtarışı və xilas edilməsi, ekstremal şəraitdə davranış və dağ relyeflərində xizəksürmə üzrə hazırlıq məşqləri keçiriləcək.
Təlimlər fevral ayının 19-dək davam edəcək.