Bəşər Əsəd Suriyadan qaçdı – Təcili
6 Dekabr 23:11
6 Dekabr 23:11
6 Dekabr 20:16
6 Dekabr 19:13
Rusiyada vergi orqanları azərbaycanəsilli bloger Hüseyn Həsənovun ölkədəki şirkətinin hesablarını bloklayıb.
Xalqcebhesi.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə "Şot" (Shot) Teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, "ən brutal rollar"ın istehsalçısı məhkəmə çəkişmələrində ilişib qalıb: şirkətdən 800 min rubldan (15 min manat) çox pul tələb edirlər.
Məlumata görə, noyabrın 1-də Rusiya Federasiyasının Federal Vergi Xidməti Hüseyn Həsənova məxsus "Banda Foods" MMC-nin hesablarını bloklayıb. Bunun bir neçə səbəbi var ki, biri də Həsənovun maliyyə hesabatlarına tamamilə laqeyd yanaşmasıdır, onun şirkətinə qarşı isə yeni icra prosesləri ortaya çıxmağa davam edir.
Ən son icra prosesi "Artplast" ticarət şirkətinin keçmiş tərəfdaşları tərəfindən qaldırılan iddiadır. Belə ki, məhkəmə "Banda"nın 103 min rublu (2 min manat) onlara qaytarmasına hökm verib. Ümumilikdə Hüseyn Həsənovun şirkəti hazırda 835 min rubl (16 min manat) məbləğində dörd icra prosesi ilə üz-üzədir.
Qeyd edək ki, bloger "Banda Foods"u 2023-cü ilin aprelində açıb və "ən brutal və fotogenik" rolları satacağını deyib. Zəncirlərə bükülmüş balıqların fotolarını çəkərək Moskva ətrafında yeməklərin çatdırılmasına başlayıblar. Lakin biznes cəmi üç aya yaxın davam edib. "Banda"nı ilk olaraq məhkəməyə verənlər məhsulların çatdırılmasında birbaşa iştirak edən "Dostavka 24" şirkətindən tərəfdaşları olub. Onlar bildiriblər ki, Həsənov onlara 645 min rubl (12 min manat) pul borcludur və məhkəməyə müraciət ediblər.
Bundan sonra bloger çatdırılma xidmətini bağlayıb, lakin hüquqi şəxs olaraq qalıb və onunla hüquqi çəkişmələr hələ də davam edir.