“Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaşdır”
20 Oktyabr 18:09
20 Oktyabr 18:09
20 Oktyabr 15:01
20 Oktyabr 13:53
20 Oktyabr 13:49
25 Noyabr 2024 20:50
5 600
20:15
Bakı-Qazax yolunda zəncirvari qəza olub, xəsarət alanlar var.
Xalqcebhesi.az Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunda Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Gəncə istiqamətində hərəkətdə olan "Mersedes" markalı mikroavtobus, "Toyota", "Fiat" və "Opel" markalı minik avtomobilləri toqquşub.
Hadisə nəticəsində avtomobillərdə olan 4 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Hazırda faktla bağlı araşdırma aparılır.
***
Bakı-Qazax yolunda baş verən qəzada xəsarət alanların sayı 5-ə çatıb.
Onlar 43 yaşlı Fərqanə Lətif qızı Bayramova, 34 yaşlı Türkanə Səfi qızı Qurbanova, 36 yaşlı Ramilə Əli qızı Daşdəmirova, 68 yaşlı Arif Lətif oğlu Rüstəmov və 54 yaşlı Qərənfil Lətif qızı Məmmədovadır.
Qeyd edək ki, zəncirvari qəza nəticəsində xəsarət alanlar Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
20 Oktyabr 22:12
728
20 Oktyabr 20:26
742
20 Oktyabr 17:04
749