Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
Magistraturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
Prezident: İşğal dövründə Ağdam demək olar ki, urbisidə məruz qalmışdır
16 Dekabr 2024 19:44
2 751
"Sədərək" ticarət mərkəzində 20 minə yaxın müxtəlif təyinatlı pirotexniki vasitə polislər tərəfindən aşkarlanıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, polis əməkdaşları tərəfindən paytaxt ərazisində partlayıcı, tezalışan maddələrin və pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər keçirilir.
Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının "Sədərək" ticarət mərkəzində keçirdikləri tədbirlə yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitələrin gizli şəkildə topdansatışı təşkil edən 67 yaşlı E.Hüseynov və 42 yaşlı N.Əsədov saxlanılıblar.
Onların ticarət mərkəzində yerləşən obyektlərinə baxış keçirilərkən 20 minə yaxın müxtəlif təyinatlı pirotexniki vasitə aşkarlanıb.
Hər iki fakt üzrə onlar barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
13:57
854
13:39
924
13:31
1 442