“Dövlət Suverenliyi Günü gələcək nəsillərə mesajdır”
19 Sentyabr 13:06
19 Sentyabr 13:06
18 Sentyabr 22:26
18 Sentyabr 16:26
25 Yanvar 2025 18:54
4 445
Avstriya Azərbaycanlıları Cəmiyyətinin və Salzburg Azərbaycan Evinin rəhbəri Fərid Əzizov “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif olunub.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 25 dekabr 2019-cu il tarixli, 899 nömrəli Fərmanına əsasən “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif etmək səlahiyyəti Diasporla İş üzrə Dövlət Komitəsinə verilib.
Təltiflə bağlı sənədi Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov imzalayıb və o Azərbaycan diasporunun fəaliyyətinə verilən mühüm töhfəyə görə təltif olunub.
Fərid Əzizov bildirib ki, bu medal onun üçün çox dəyərlidir və bu fəxri ada layiq görüldüyü üçün Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Cənab Fuad Muradova minnətdardır:
"Bu medalı mən Avstriya Azərbaycanlıları Cəmiyyəti və Salzburg Azərbaycan Evi adına alıram və bundan sonra da Azərbaycan diasporunun inkişafı, ölkəmizin xaricdə tanıdılması istiqamətində fəaliyyətimizi daha da genişləndirəcəyik".

19 Sentyabr 12:36
924
18 Sentyabr 21:11
1 106
18 Sentyabr 20:03
1 183