İranın İsrailə hücumu nəticəsində 15 nəfər yaralanıb
22 Mart 17:28
22 Mart 17:28
22 Mart 16:58
22 Mart 10:56
12 Fevral 2025 09:11
2 653
Ağdaşda xırdabuynuzlu heyvanların örüş sahəsindən naməlum şəxslər tərəfindən oğurlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş 34 yaşlı Elcan Musayev və 29 yaşlı Araz Mansırov saxlanılıb.
Onlar oğurladıqları heyvanları Bakı şəhərinə apararaq orada restoranlardan birinə satdıqlarını bildiriblər. Araşdırmalarla E.Musayevin Gədəbəy rayonunda törətdiyi analoji əməlinə görə axtarışda olduğu müəyyən edilib.
Polis əməkdaşlarının rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyatlar nəticəsində isə 5 nəfər – Aqşin Əzizov, Hafiz Paşayev, Namiq Abidov, Tərlan Mikayılov və Müşviq İbrahimov saxlanılıb. Onlardan çəkisi 2 kiloqrama yaxın marixuana aşkarlanıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
22 Mart 17:17
1 169
22 Mart 15:09
1 225
22 Mart 15:06
1 225