24 İyun 23:29
1 Mart 2025 21:57
2 688
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, S.Vurğun küçəsində avtobusda yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Xalqcebhesi.az-a FHN-dən bildirilib.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus “Mitsubişi” markalı avtobusun mühərrik hissəsində baş vermiş yanğın yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtobusun mühərriki və salon hissəsi qismən yanıb.
Avtobusun digər hissələri yanğından mühafizə olunub.
24 İyun 22:05
1 134
24 İyun 16:54
1 400
24 İyun 16:10
1 407