24 İyun 23:29
10 Mart 2025 17:49
3 108
Gəncədə 4 yaşlı uşaq xəstəxanada ölüb.
Xalqcebhesi.az xəbər verir ki, hadisə şəhər Uşaq Xəstəxanasında baş verib.
TƏBİB-dən bildirilib ki, martın 10-da saat 09:30 radələrində 2021-ci il təvəllüdlü şəxs (kişi cinsli) ailə üzvləri tərəfindən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına gətirilib:
"Həkim müayinəsində olan azyaşlı zəruri müayinələrdən keçirilib. Vəziyyəti ağır olan azyaşlıya pnevmatoraks diaqnozu təyin edilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun 15:40 radələrində ölüm faktı qeydə alınıb. Ölümünün ilkin səbəbi kimi spontan gərginlik pnevmatoraksı, ürək-ağciyər çatışmazlığı qeyd olunur".
24 İyun 22:05
1 134
24 İyun 16:54
1 400
24 İyun 16:10
1 407