Dərmanları pulsuz paylayanlar cərimələnəcək Hadisə

Dərmanları pulsuz paylayanlar cərimələnəcək

Azərbaycanda dərman vasitələrinin reklam aksiyalarını keçirən şəxslər cərimələnəcək, dərmanları pulsuz paylanması qadağan edilir.
Bu barədə Milli Məclisin Səhiyyə Komitəsəinin bu gün keçirilən iclasında məlumat verilib.
İnzibati Xətalar Məcəlləsinə təklif olunan yeni dəyişikliyə əsasən, dərman vasitələrinin pulsuz paylanması, satışı, ödənişli və ya ödənişsiz tibbi xidmətlərin göstərilməsi ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsinə görə fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 800 manatdan 1000 manatadək, hüquqi şəxslər 1000 manatdan 2000 manatadək məbləğində cərimə ediləcəklər.
Dəyişikliyə görə, həkim resepti olmadan buraxılan dərman vasitələrinin qəbulu və tibbi texnikadan istifadə əlavə təsirlə müşayiət olunduqda, reklamda bu barədə məlumat verilməli, həkimlə, yaxud mütəxəssislə məsləhətləşmənin zəruriliyi qeyd edilməlidir.
Dəyişiklik parlamentin iclasına tövsiyə edilib.