“Dəhşət içindəyəm, kaşki ölüm hökmü olaydı...” Hadisə
Millət Vəkili Qənirə Paşayeva Naxçıvanda 4 yaşlı qız uşağının zorlanması ilə bağlı fikirlərini bölüşüb.
Deputatın "Facebook" səhifəsində yazdığı statusu olduğu kimi təqdim edirik:
"Xəbərin dəhşətindən çox sarsılmışam. Sanki əlim-ayağım buz bağlamışdı. Bunu törədən insan ola bilməz. Bir vəhşidir vəssalam...
4 yaşlı körpəyə qarşı bu qədər dəhşətli rəzilliyi, alçaqlığı törədən ömürlük həbsdə qalmalıdır. Ölüm hökmünün ləğvinin tərəfdarlarından olmuşam və tərəfdarlarından biriyəm. Amma bu üçüncü dəhşətli hadisədir ki, kaş ölüm hökmü olsaydı demişəm. Yəni o qədər dəhşət içindəyəm. Bu cür bir neçə rəzil,vəhşi məxluqların üzündən bir çox insan kiçik yaşlı övladı üçün səksəkə içərisində yaşayır. Valideynləri, bütün insanları uşaqlardan daha çox muğayat olmağa, diqqətli olmağa çağırırıq. Bu cür manyak ruhun sahiblərinə qarşı uşaqları daha yaxşı qoruya bilmək üçün bütün cəmiyyət olaraq səylərimizi, işləri, çalışmaları artırmalıyıq. Bu adam bu hadisədən öncə də qeyri-normal həyat yaşayıb, işki aludəçisi olub, bir neçə gün əvvəl anasını döyüb kimi məlumatlar yayılır mətbuatda. Ona görə də ətrafda bu cür həyat yaşayan insanlara qarşı, onları normal, sağlam həyata dondərmək üçün işlər, tədbirlər artmalıdır, heç bir nəticə olmadıqda, bu cür əməlləri davam etdirdikləri halda isə onları cəmiyyətdən uzaq tutmağın yolları düşünülməlidir. Hər birimiz özümüzü o körpənin ailəsinin yerinə qoyaq. O günahsız balanın yaşadığı və gələcəkdə həyatına təsir edə biləcək travmaları isə düşünmək belə insana acı verir. Məktəblərdə, bölgələrdə gənclərə böyük insani dəyərlər, əxlaq normaları haqda daha çox danışmaq, psixoloji dəstək layihələrini artırmaq lazımdır. Televiziyalarda mənəvi yüksəlişə təsir edən proqramlar daha da artmalıdır. İndi şou verlişlərinə deyil, bu cür verlişlərə ehtiyac var. Gənclər arasında spirtli içkilərin içilməsinə qarşı ciddi mübarizə aparaq dediyimdə o dəqiqə bəzi sosial şəbəkə istifadəçiləri "Qənirə xanım siz lap dindar kimi danışırsınız" deyə yazdı. Bunun nə əlaqəsi var axı. Mübarizə aparmayaq uşaqlarımız alkol aludəçisinə çevrilsin,içərisində yırtıcı yatan bəziləri də alkolun aşırı dozası ilə vəhşiyə çevrilib övladlarımıza, ətrafa zərərmi vursun deməliydim. Bəzi mövzularda fikirləri başqa yerlərə çəkmək lazım deyil. Yenə də deyirəm,əziz valideynlər uşaqlarınızı spirtli içkilərdən,siqaretdən, narkotikdən və qumardan uzaq tutun.
Əziz insanlar ətrafınızda içki düşkünü, içib ailəsinə zərər verən, normal olmayan həyat tərzi sürən biri varsa laqeyid olmayın müvafiq qurumlara xəbər edin.Yerli qurumlar bu məsələlərə xüsusi diqqət edin. Çünki belələri hər an hər birimizin ailəsinə, övladına dəhşətli zərər verə bilər.
Məncə cəmiyyət olaraq bu xəbərdən dəhşətə düşüb, üzüldükdən sonra qısa zamanda unutmamalıyıq. Hər birimiz ətrafımızda baş verənlərə diqqətli olmalı, laqeyid yanaşmamalı,"mənə nə" deməməliyik. Bütün qurumlarımız, QHT, KİV-lərimiz, hamımız, bütün cəmiyyətimiz birlikdə daha çox çalışmalıyıq belə halların təkrarlanmaması üçün. Əziz körpə balamıza Allah yardımçı olsun. Ailəsinə bu acını aşa biləcək güc versin. O gözəl bala bizim də balamızdır. Bu dəhşəti törədən "insan" isə layiq olduğu cəzanı cəkməlidir ki bu cür manyak ruha sahib olanlara ağır bir dərs olsun!"