Ermənistandan sığınacaq istəyən ailədən şok xəbər Hadisə

Ermənistandan sığınacaq istəyən ailədən şok xəbər

"Bu yaxınlarda Ermənistandan siyasi sığınacaq istəyən azərbaycanlı ailənin İsveçrəni seçdikləri söylənilir və bu haqda xəbər öz təsdiqini tapmaqdadır".
Bu barədə Baymedia-ya İsveçrə-Azərbaycan Ticarət Təşkilatının sədri, politoloq Elxan Həsənli bildirib. "Artıq İsveçrə Xarici İşlər Nazirliyi məsələ ilə bağlı məlumatlandırılıb.
"Bu prosesin arxasında Ermənistan xüsusi xidmət orqanlarının durduğu açıq-aşkardır. Böyük ehtimalla ailə başçısı Azərbaycanda olarkən, Ermənistan xüsusi xidmət orqanları tərəfdən ələ alınıb və bu gündə məqsədyönlü şəkildə istifadə olunmaqdadır. Məncə, erməni xüsusi xidmət orqanları bu ailədən Avropada Azərbaycana qarşı istifadə edəcəklər", - deyə politoloq əlavə edib.