
Cənubi Qafqazda tarix yazılır, amma bu dəfə qələm yalnız yerli oyunçuların deyil, həm də qlobal güclərin əlindədir. Otuz ildən artıq davam edən münaqişədən sonra bölgədə yeni reallıqlar yaranıb, lakin yekun sülh sazişinin imzalanması hələ də suallar doğurur. İrəvanın Moskvadan uzaqlaşıb Qərbə və NATO-ya sığınmaq cəhdləri, Aİ və ABŞ-nin bölgədəki aktivliyini artırması, Rusiyanın isə əzəli mövqelərini qorumaq üçün çırpınması Cənubi Qafqazı əsl geosiyasi şahmat taxtasına çevirib.
Bəs bu qlobal qarşıdurmanın fonunda NATO sülh prosesinə dost, yoxsa təsir aləti kimi baxır? Ermənistanın gizli və açıq təhlükəsizlik razılaşmaları bölgəyə sülh gətirəcək, yoxsa yeni gərginlik ocağı yaradacaq?
NATO və Cənubi Qafqaz
Politoloq Əli Mustafa "Xalq Cəbhəsi"nə açıqlamasında bildirib ki, NATO təbii ki, Avroatlantika məkanında təhlükəsizliyə cavabdehdir, lakin həm Azərbaycan, həm də ümumiyyətlə Cənubi Qafqaz ölkələrinin NATO ilə bu və ya digər formada əməkdaşlığı mövcuddur.
Onun sözlərinə görə, Ermənistan bu istiqamətdə daha çox irəli gedərək Avropa və ABŞ tərəfindən təhlükəsizlik çətirinin təmin olunmasına çalışır və onların arasında təhlükəsizlik sazişlərinin olduğunu söyləmək olar: “Avropa İttifaqı və ABŞ-nin əməkdaşlıq etdiyi Ermənistanın NATO ilə də əlaqələri yəqin ki, var. Bütün hallarda NATO Avropa İttifaqı və ABŞ-nin hərbi bloku olduğundan, onların Ermənistan ilə açıq və ya gizli hansısa razılaşmalarının, anlaşmalarının olmasını mümkün saymaq olar”.
Sülh prosesinə toxunan Ə.Mustafa bildirib ki, NATO və bütün beynəlxalq qurumlar dünyada, o cümlədən Cənubi Qafqazda baş verən hadisələri Azərbaycan-Ermənistan münasibətlərinə bu və ya digər formada təsir etməyə çalışırlar: “Yeni dünya düzəninin qurulduğu bu dövrdə onlar yenə də həmin prosesdə transformasiya edərək rol almaq və mövcudluqlarını qorumaq istəyirlər”.
Son dövrlər Ermənistan-Rusiya münasibətlərinin gərginləşdiyini nəzərə alan politoloq qeyd edib ki, Ermənistan təhlükəsizlik məsələlərində NATO qarşısında yer ala bilər və bu məsələlər müzakirə olunur: "Azərbaycan-Ermənistan münasibətlərinin zama salınması, sülh sazişinin imzalanması məsələsində düşünürəm ki, NATO müsbət rol oynaya bilər, yəni ən azı NATO bu məsələyə qarşı olduğunu demək olmaz".
O əlavə edib ki, NATO-nun gündəmində duran dövlətlər bölgədə sülhün olmasını istəyirlər ki, regionun ənənəvi super aktyorlarının mövqeləri zəifləsin: "Bu sülh Azərbaycan-Ermənistan sülhü burada Rusiyanın irəlinin mövqelərini zəiflədir və NATO-nun mövqeyini gücləndirir".
Ekspert hesab edir ki, bu danışıqlar sülh prosesinin sürətlənməsinə və reallaşmasına xidmət edən məqamların müzakirəsini əhatə edir, NATO da yəqin ki, bu prosesin başlamasını və orada hansısa bir rol almaq istəyir.
Sülh və suveren qərarlar
Politoloq Elman Telmanoğlu "Xalq Cəbhəsi"nə açıqlamasında bildirib ki, NATO təbii ki, Avroatlantika məkanında təhlükəsizliyə cavabdehdir, lakin həm Azərbaycan, həm də ümumiyyətlə Cənubi Qafqaz ölkələrinin NATO ilə bu və ya digər formada əməkdaşlığı mövcuddur.
Onun sözlərinə görə, Ermənistan bu istiqamətdə daha çox irəli gedərək Avropa və ABŞ tərəfindən təhlükəsizlik çətirinin təmin olunmasına çalışır və onların arasında təhlükəsizlik sazişlərinin olduğunu söyləmək olar: “Avropa İttifaqı və ABŞ-nin əməkdaşlıq etdiyi Ermənistanın NATO ilə də əlaqələri yəqin ki, var. Bütün hallarda NATO Avropa İttifaqı və ABŞ-nin hərbi bloku olduğundan, onların Ermənistan ilə açıq və ya gizli hansısa razılaşmalarının, anlaşmalarının olmasını mümkün saymaq olar.
Sülh prosesinə toxunan politoloq bildirib ki, NATO və bütün beynəlxalq qurumlar dünyada, o cümlədən Cənubi Qafqazda baş verən hadisələri Azərbaycan-Ermənistan münasibətlərinə bu və ya digər formada təsir etməyə çalışırlar. Yeni dünya düzəninin qurulduğu bu dövrdə onlar yenə də həmin prosesdə transformasiya edərək rol almaq və mövcudluqlarını qorumaq istəyirlər”.
Son dövrlər Ermənistan-Rusiya münasibətlərinin gərginləşdiyini nəzərə alan E.Telmanoğlu qeyd edib ki, Ermənistan təhlükəsizlik məsələlərində NATO qarşısında yer ala bilər və bu məsələlər müzakirə olunur: "Azərbaycan-Ermənistan münasibətlərinin zama salınması, sülh sazişinin imzalanması məsələsində düşünürəm ki, NATO müsbət rol oynaya bilər, yəni ən azı NATO bu məsələyə qarşı olduğunu demək olmaz".
O əlavə edib ki, NATO-nun gündəmində duran dövlətlər bölgədə sülhün olmasını istəyirlər ki, regionun ənənəvi super aktyorlarının mövqeləri zəifləsin: "Bu sülh Azərbaycan-Ermənistan sülhü burada Rusiyanın irəlinin mövqelərini zəiflədir və NATO-nun mövqeyini gücləndirir".
Ekspert hesab edir ki, bu danışıqlar sülh prosesinin sürətlənməsinə və reallaşmasına xidmət edən məqamların müzakirəsini əhatə edir, NATO da yəqin ki, bu prosesin başlamasını və orada hansısa bir rol almaq istəyir. Lakin Cənubi Qafqazda davamlı sülhün əsas şərti kənar güclərin geosiyasi maraqlarının deyil, Azərbaycan və Ermənistanın suveren qərarlarının ön plana çıxarılmasıdır”.
Qərbin diqqəti və NATO-nun rolu
Politoloq Əli Oruclu vurğulayıb ki, son dövrlər Qərbin Cənubi Qafqaza və Mərkəzi Asiya regionlarına diqqəti artmaqdadır: “Xüsusən də, Cənubi Qafqaz Qərbin enerji şaxələndirilməsi və təhlükəsizliyi, həmçinin nəqliyyat-logistika məsələləri ilə bağlı fəal iş aparılır. Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Brüsseldə ATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamiltonla görüşündə də ən aktual mövzunun Ermənistan-Azərbaycan arasında sülh və niazmlanma prosesinin olması da təsadüfi deyil”.
O diqqətə çatdırıb ki, ki dövlət arasında dayanıqlı sülhə nail olunmadan iqtisadi, ticari əlaqələrin, inteqrasiyanın inkişafı, regionun təhlüksəizliyinin təmin edilməsi heç də rəvan getməyəcək: “Doğrudur NATO bu prosesdə birbaşa iştirak etmir, lakin dəsyəyini və təşviqini davam etdirir. Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsi, eyni zamanda Qərbin enerji təminatıənda artan rolu ümumilikdə Cənubi Qafqazın sabitliyinin təmin eilməsini diqtə edir. Bunun üçün də təbii olaraq 30 oldən artıq davam edən müharibə yekunlaşsa da və Azərbaycanın parlaq qələbəsi yeni reallıqlar yaratsa da yekun sülh sazişinin İrəvanın ucbatından hələ də imzalanmamsı Moskva və Tehranın pozuculuq cəhdlərinə imkan yaradır. NATO ilə həm Azərbaycan, həm Ermənistan NATO "Sülh Naminə Tərəfdaşlıq" və digər mövcud formatlar çərçivəsində müdafiə islahatları, kiber-təhlükəsizlik və sülhməramlı əməliyyatlar üzrə əməkdaşlığı dərinləşdirərirlər. Alyans bununla yanaşı daha çox siyasi dialoqun artırılmasına fokuslanıb və Azərbaycanla-Ermənistan arasında da etimadın möhkəmləndirilməsinə, sülhün təşviq edilməsinə öz töhvəsini verməyə çalışır. Odur ki, yeni siyasi və geosiyası proseslərin dinamikasına da təsir edə biləcək bu əməkdaşlıq və görüşlər hesab edirəm ki, bundan sonra da davam etdiriləcək. Bakı da praktik addımlarla regionun təhlükəsizliyi üçün regionun amansız rəqabət və mübarizə paliqonuna çevrilməsinin qarşısnı alır. Məncə, ən vacib faktorlardan biri də budur”.
Günel Elxan