Hava durumu Hadisə

Hava durumu

Yaxın 2-3 gün ərzində Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva APA-ya açıqlamasında deyib ki, yaxın günlərdə hava şəraitində ciddi dəyişiklik gözlənilmir.
Onun sözlərinə görə, yaxın 2-3 ərzində respublikanın dağlıq və dağətəyi rayonlarında əsasən gecə və axşam saatlarında qısamüddətli yağış yağacağı və şimşək çaxacağı gözlənilir. Bəzi qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu Aran rayonlarında gecə 16-21, gündüz saatların 28-33 dərəcə isti, dağlıq rayonlara 19-24 dərəcə isti olacağı gözlənilir.
Yaxın günlərdə Bakı və Abşeron yarımadasında gün ərzində dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq.