19 Noyabr 17:13
11:23
259
Rusiya Müdafiə Nazirliyi Odessa limanına hərbi təyinatlı yüklər daşıyan quru yük gəmisinin, eləcə də Ukraynada bir sıra nəqliyyat və sənaye infrastrukturu obyektlərinin vurulduğunu açıqlayıb.
Xalqcebhesi.az xəbər verir ki, qurumun məlumatına görə, Kiyev vilayətinin Brovarı şəhərində bərk raket yanacağı komponentləri istehsal edən toz metallurgiyası zavoduna zərbə endirilib.
Bundan əlavə, Rusiya hərbçiləri Kiyev və Kiyev vilayətindəki avtomobil və avtomobil-dəmir yolu körpülərinə, həmçinin Odessa vilayətinin Zatoka qəsəbəsində yerləşən və hərbi yüklərin daşınması üçün istifadə olunan avtomobil-dəmir yolu körpüsünə hücum ediblər.
Nazirliyin bildirdiyinə görə, Kiyev vilayətinin Petrovskoye yaşayış məntəqəsindəki "Fire Point" yığım müəssisəsi, Nikolayev vilayətində qanadlı raketlərin saxlandığı anbar və Lvovda "FP-9" və "FP-5 Flaminqo" raketləri istehsal edən aviasiya zavodu da vurulub.
Məryəm Quliyeva