Əfv fərmanı gözlənilir? Hadisə

Əfv fərmanı gözlənilir?

"Əfvlə bağlı heç vaxt öncədən danışıqılar gedə bilməz. Çünki bu məsələ qanunvericiliklə tənzimlənən məsələdir. Əfv komissiyasının təşəbbüsi ilə iclas çağırılır. Müvafiq olaraq araşdırma aparılır, onlara uyğun qərarlar qəbul edilir. İstisna etməzdim ki, ilin sonunda əfv fərmanı gözlənilə bilər". Bu fikirləri Konstitusiya Araşdırmalar Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev bildirib. Onun sözlərinə görə, lin sonunda əfv fərmanının gözlənilməsi istisna deyil: "Amma bilindiyi kimi bu, Azərbaycan Respublikası Prezidentinin konstutasion səlahiyyətləridir. Əfv sərəncamının nə vaxt verilməsi məsələsini özü həll edir. Əfv komisiyyasına çoxlu sayda müraciətlər daxil olur. İlk olaraq bu müraciətlər katiblər tərəfindən emal olunur. Daha sonra əfv məsələləri üzrə komisiyyanın iclası zamanı onlar baxılır və komisiyanın salahiyyətlərinə müfaviq olaraq rəylər qəbul edilir. Lakin konkret olaraq, kimlərin əfv olunması məsələsi cənab prezident müəyyənləşdirir. Çünki bu prezidentin səlahiyyətinə aiddir". Ə.Nuriyevin onu da qeyd edib ki, bir qayda olaraq Azərbaycan da hər zaman əfv sərəncamı ilin sonunda Dünya azərbaycanlıların həmrəylik günündə imzalanır.