APA TV-nin 1 yaşı tamam olur Hadisə

APA TV-nin 1 yaşı tamam olur

"APA Holding"in nəzdində fəaliyyət göstərən APA TV-nin fəaliyyətə başlamasından bir il ötdü.
Canlı yayımla efirə çıxan APA TV Azərbaycanın internet məkanında analoq televiziya formatında gündəlik 14 saat aramsız yayım həyata keçirən ilk kanaldır.
Müxtəlif səpkili 30-dək verilişin yayımlandığı APA TV xəbər kanalı formatında fəaliyyət göstərir. Kanalda siyasət və analiz proqramları, sosial verilişlər, mədəni-kütləvi proqramlar yayımlanır. APA TV Azərbaycanda internet televiziyaları arasında ən çox izləyicisi olan kanaldır.
TV-nin Azərbaycanın bölgələrində və bir neçə xarici ölkədə müxbir postları fəaliyyət göstərir.