""Göy məscid" Azərbaycana məxsusdur" Gündəm

""Göy məscid" Azərbaycana məxsusdur"

İranın İrəvandakı Azərbaycana məxsus tarixi abidələrindən biri - Göy məsciddə ermənilərin şousuna göz yumması və hətta dəstək verməsi islam dininə zərbədir.

Bunu xalqcebhesi.az-a Soyqırım Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədr müavini Ayşən Hüseynova deyib.

O, qeyd edib ki, 1995-ci ildə İran və Ermənistan arasında əldə olunmuş razılaşmaya əsasən, Göy məscidin bərpası və rekonstruksiyası işləri İran tərəfinə həvalə edilib ki, indi də ermənilər həmin məscidi "Fars məxsusi" kimi qələmə verirlər ki, bu da İranın maraqlarına cavab verir:

"Hazırda məsciddə fars dili kursları keçirilir. İranın Ermənistandakı səfiri Xəlil Şirqulami dəfələrlə “Göy məscid erməni-İran məscidi olub və belə qalacaq” açıqlaması verib

Son günlər İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədinin İrəvana səfəri zamanı baş verənlər bu düşmənçilik siyasətinin bariz nümunəsidir. İrəvandakı İran Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə erməni bəstəkar Loris Çknavoryanın mükafatlandırılması və məscidin iclas zalına erməni şairi Yeqişe Çarentsin adının verilməsi, habelə orada büstünün qoyulmasının planlaşdırılması İslam dünyası üçün qəbuledilməz addımdır".

A.Hüseynova sonda vurğulayıb ki, İran tərəfi məscidi və təmir/bərpa işlərini "fars-erməni ortaq mədəniyyəti" və ya İranın mədəni irsi kimi təqdim etməyə çalışır ki, bu da Azərbaycanda ciddi etirazlarla qarşılanır və tarixi tahrifat kimi qiymətləndirilir.

Xatırladaq ki, İrəvanda yerləşən Göy məscid (Hüseynəli xan məscidi) 1766-cı ildə İrəvan xanı Hüseynəli xan tərəfindən inşa edilib və Azərbaycanın milli memarlıq irsinin ayrılmaz parçasıdır.

Cavid