Putin KQB taktikasını işə salıb Hadisə

Putin KQB taktikasını işə salıb

2018-ci il prezident seçkisi üçün Kreml SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin (KQB) köhnə fəndindən istifadə edir.
Bunu "Obozrevatel" saytına açıqlmasında rusiyalı müxalif siyasətçi Andrey Zubov söyləyib.
"Milyonçu Boris Titovun da prezidentliyə namizəd olması KQB-nin köhnə fəndinin işlək olması deməkdir. Buna görə seçkidə çoxlu sayda namizəd olmalıdır. Bunun sayəsində Putinin qələbəsi daha parlaq görünəcək. Xatırladım ki, 2008-ci ildə Kreml gülməli bəhanələrlə Yavlinski və Kasyanovun namizədliyini ləğv edib, seçkiyə buraxmadı. Onların yerinə isə hansısa mason lojasının rəhbərini namizəd etdilər. Eyni şey indi də daha geniş miqyasda həyata keçirilir", – deyə o bildirib.