Azərbaycan Ordusu şəhid verib Hadisə

Azərbaycan Ordusu şəhid verib

Azərbaycan Ordusunun əsgəri şəhid olub.
APA-nın məlumatına görə, hadisə ötən gün Naxçıvan Muxtar Respublikasında qeydə alınıb.
Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 19 yaşlı Zaur Həsənli düşmən gülləsinə tuş gəlib. Nəticədə əsgər aldığı güllə yarasından şəhid olub.
Qeyd edək ki, Z. Həsənli Tərtər rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
Allah rəhmət eləsin!