Hava durumu Hadisə

Hava durumu

Bu gün Bakı və Abşeron yarımadasında bəzi yerlərdə qısamüddətli yağış yağacağı, havanın gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, gecə yarımadanın ayrı-ayrı yerlərində şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturunun gecə 16-20, gündüz 22-26 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında iyunun 4-də şimşək çaxacağı, arabir yağış yağacağı proqnozlaşdırılır. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.
İyunun 5-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi bildirilir. Arabir yağış yağacağı, bəzi dağlıq və dağətəyi rayonlarda leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.