UN-Habitat nümayəndəsi: Gənclərin prosesin əvvəlindən sonuna qədər iştirakı həlledici olacaq Hadisə

UN-Habitat nümayəndəsi: Gənclərin prosesin əvvəlindən sonuna qədər iştirakı həlledici olacaq

Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində gənclər assambleyaları zamanı əsas ideya yalnız gənclərin müzakirələrə daxil edilməsi deyildi, həm də müzakirələrin birbaşa gənclərmərkəzli qurulması idi.

“APA-Economics” xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Uşaqlar və Gənclər Qrupu” üzrə tədbirdə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Gənclər Məsləhət Şurasının nümayəndəsi Joshua Fortedur deyib.

O qeyd edib ki, yəni gənclər müzakirələrin və qərarvermə prosesinin bütün mərhələlərində də yer almalıdırlar:

“Çox vaxt əvvəlcə gənclərlə məsləhətləşmələr aparılır, onların fikirləri alınır, amma son qərarlar yenə də qapalı otaqlarda qəbul edilir. Nəticədə proses tamamilə başqa istiqamətə gedə bilir. Amma biz dəfələrlə göstərmişik və siz bunu son bir neçə gün ərzində də eşitmişiniz ki, xüsusilə bu problemləri birbaşa yaşayan gənclər vəziyyəti çox yaxşı anlayırlar. Biz gündəlik olaraq nə ilə qarşılaşdığımızı bilirik. Artıq aktiv şəkildə həll yolları hazırlayırıq. Əgər inkişaf edən, uğurlu, ədalətli gələcək görmək istəyiriksə, onda gənclərin prosesin əvvəlindən sonuna qədər tam iştirakı həlledici olacaq. Bu həm fərdi rifah, uğur, inkişaf, həm də bütövlükdə icmalarımızın gələcəyi üçün vacibdir”.