“Dənizçi şəhid ailələri ilə iş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Əməkdar jurnalist Nurani Yasamal qəbiristanlığında dəfn edilib - YENİLƏNİB
Astarada dənizdə boğulduğu iddia edilən 5 uşaq atasının hava yolu ilə ölkəni tərk etdiyi məlum olub
ABŞ məhkəməsi Trampın 75 ölkəyə qoyduğu viza qadağasını ləğv edib
17:27
441
Tarixçilər Nazim Xəlilov və Elnur Nəciyev “Nadir şah Əfşarın İmperiyası (1736-1747)” adlı xəritə paylaşıblar.
AzNews.az xəbər verir ki, bu xəritə “Azərbaycan tarixi atlası”na (baş redaktor: akademik Yaqub Mahmudov), “Azərbaycan Respublikasının Milli Atlası”na və “Azərbaycan tarixi xəritələrdə” atlasına (elmi redaktor: akademik Yaqub Mahmudov) daxil edilib.
“Paylaşdığımız xəritənin müəllifi tarix elmləri doktoru, professor Tofiq Mustafazadədir. Dahi Azərbaycan sərkərdəsi Nadir şahın yaratdığı Əfşar İmperiyasının sərhədləri Dərbənddən Türküstanın və Hindistanın içərilərinə, Hind okeanı sahillərinə qədər uzanırdı. Bu, Azərbaycan tarixinin ən böyük imperiyasıdır. Azərbaycan tarixinin ən uzunömürlü imperiyası isə 235 il mövcud olmuş Səfəvi İmperiyasıdır (1501-1736)”, - deyə tarixçilər bildiriblər.