22 Avqust 15:31
“Dənizçi şəhid ailələri ilə iş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Əməkdar jurnalist Nurani Yasamal qəbiristanlığında dəfn edilib - YENİLƏNİB
Astarada dənizdə boğulduğu iddia edilən 5 uşaq atasının hava yolu ilə ölkəni tərk etdiyi məlum olub
ABŞ məhkəməsi Trampın 75 ölkəyə qoyduğu viza qadağasını ləğv edib
19 May 10:42
2 072
BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Keniya, Fransa, Azərbaycan və Somali ilə mənzil böhranı sahəsində prioritet istiqamətlərin müəyyənləşdirilməsi üzrə əməkdaşlıqda əhəmiyyətli irəliləyişə nail olub.
“APA-Economics” xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən WUF13 çərçivəsində “Qlobal mənzil böhranı: plan nədir?” mövzusunda panel müzakirəsində deyib.
Rossbax bildirib ki, bu prioritetlərə torpaq idarəçiliyi, mənzil maliyyələşdirilməsi, qeyri-rəsmi yaşayış məntəqələri, sosial mənzil və iqlimə davamlı mənzil modelləri daxildir.
UN-Habitat rəhbəri qeyd edib ki, ölkələrin öz daxili resurslarını səfərbər etməsi və milli mənzil maliyyələşdirmə sistemlərini inkişaf etdirməsi xüsusi əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, mənzil siyasətinin uğuru ilk növbədə yerli səviyyədə icmaların iştirakından və şəhərlərin gələcək inkişafının düzgün planlaşdırılmasından asılıdır.
22 Avqust 15:54
924
22 Avqust 15:23
924
22 Avqust 11:07
1 022