22 Avqust 15:31
“Dənizçi şəhid ailələri ilə iş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Əməkdar jurnalist Nurani Yasamal qəbiristanlığında dəfn edilib - YENİLƏNİB
Astarada dənizdə boğulduğu iddia edilən 5 uşaq atasının hava yolu ilə ölkəni tərk etdiyi məlum olub
ABŞ məhkəməsi Trampın 75 ölkəyə qoyduğu viza qadağasını ləğv edib
20 May 17:50
2 611
Müdafiə naziri general-polkovnik Zakir Həsənov, müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə və nazirliyin digər vəzifəli şəxsləri “EFES - 2026” çoxmillətli birgə müştərək təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak etmək üçün Türkiyəyə işgüzar səfər edib.
Nazirlikdən verilən xəbərə görə, səfər çərçivəsində müdafiə naziri general-polkovnik Zakir Həsənov qardaş ölkənin milli müdafiə naziri Yaşar Gülerlə, Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev isə həmkarı ordu generalı Selçuk Bayraktaroğlu ilə görüşüblər.
Görüşlərdə ölkələrimiz arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlıqların mövcud vəziyyəti və perspektivləri müzakirə edilib. Hər iki ölkədə həyata keçirilən birgə layihələrin və təlimlərin əhəmiyyəti vurğulanıb.
Qeyd edilib ki, səfər çərçivəsində Müdafiə Nazirliyinin rəhbər heyətinin Azərbaycan Ordusunun və ümumillikdə 50 ölkədən 10300 hərbi qulluqçunun iştirakı ilə keçirilən “EFES - 2026” çoxmillətli birgə müştərək təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"nün gecə və gündüz mərhələlərində iştirakı planlaşdırılır.
22 Avqust 15:54
868
22 Avqust 15:23
868
22 Avqust 11:07
966


