Xəzər dənizində zəlzələ olub Hadisə

Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində 3,4 maqnitudada zəlzələ olub.

Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan məlumat verilib.

Bildirilib ki, yerli vaxtla saat 08:40-da qeydə alınan zəlzələ ocağı 29 kilometr dərinlikdə yerləşib.