“Rusiyadan silah alışı sırf ticari məsələdir” Hadisə

“Rusiyadan silah alışı sırf ticari məsələdir”

Fazil Mustafa: "Azərbaycan məqbul hesab etdiyi istənilən ölkədən silah ala bilər"

Azərbaycanın Ermənistanın hərbi-strateji müttəfiqi, Qarabağın işğalında bilavasitə rol oynayan Rusiyadan dəyəri yüz milyonlarla dollar məbləğində silah alması hərbi-siyasi ekspertlər tərəfindən birmənalı qarşılanmır.
Bəzi ekspertlər hesab edir ki, Azərbaycanın Rusiyanın hərbi-sənaye kompleksinin istehsalı olan məhsullara maraq göstərməsi dünənin və bu günün reallıqları fonunda ölkəmizin maraqları baxımından o qədər də düzgün addım deyil.
Lakin millət vəkili Fazil Mustafa hesab edir ki, Azərbaycan alıcı ölkə kimi məqbul hesab etdiyi istənilən ölkədən silah ala bilər və bu, ticari bir məsələ kimi dəyərləndirilməlidir: "Rusiyadan silah alışı sırf ticari məsələdir. Azərbaycan alıcı bir dövlətdir və məqbul hesab etdiyi hər bir ölkədən silah ala bilər. Hesab edirəm ki, baş verənləri bu konteksdən dəyərləndirmək daha doğru olar".