“Status-6”nı məhv etmək mümkün deyil Hadisə

“Status-6”nı məhv etmək mümkün deyil

"Rusiya tərəfindən yaradılan 100 meqaton gücünə malik nüvə başlıqları ilə təchiz edilən "Status-6" sualtı aparatı ABŞ Hərbi Dəniz Qüvvələrinin hələlik cavabı olmayan çağırışdır".
Bu barədə "Heritage Foundation" institutunun müdafiə proqramları üzrə baş elmi əməkdaşı Tomas Kallender bəyan edib.
Onun sözlərinə görə, bu aparat məhv edilməsi çox çətin olan hədəflər siyahısına daxildir. Belə ki, onun sürəti saniyədə 29 metrdən çoxdur və 1000 metrdən çox dərinlikdə üzə bilir.
"Hazırda ABŞ Silahlı Qüvvələrinin silahlanmasında "Mark-48" torpedaları var, onların maksimal hərəkət məsafəsi 55 kilometr təşkil edir, dərinlik isə 800 metrdir. Bu silahla "Status-6"nı məhv etmək mümkün deyil", - deyə Kallender bildirib.
Ekspert qeyd edib ki, "Status-6"nın məhv edilməsi üçün Pentaqonun bir neçə ilə ehtiyacı var.
Kallenderin fikrincə, bu məqsədlə P-8 "Poseidon" və P-3 "Orion" patrul təyyarələri üzərində işlər aparılmalı, onlar modernləşdirilməlidir.
"Rusiyanın bu nüvə torpedası ABŞ-ın şərq sahillərinə rahatlıqla zərbə endirə bilər və Pentaqon yaxın zamanda nə isə fikirləşməsə, Moskva bu üstünlüyünü nəzəriyyədən reallığa çevirə bilər", - deyə Kallender vurğulayıb.