12:41
231
“Azərbaycan qlobal iqlim məsələlərini dəstəkləyən ölkələrdəndir. Nəzərə alsaq ki, Azərbaycan COP29-a ev sahibliyi etdi və bu tədbirdə qlobal iqlim dəyişiklikləri ilə bağlı kifayət qədər ciddi və strateji əhəmiyyət daşıyan məsələlər müzakirə olundu və qəbul edildi. Eyni zamanda, Azərbaycan tərəfindən bu istiqamətdə həm ölkədaxili, həm regional, həm də qlobal əhəmiyyət daşıyan bir sıra layihələr reallaşdırılır”.
Bunu xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat vurğulayıb ki, BMT-nin Dördüncü İqlim Həftəsinin Azərbaycanda keçirilməsi də bir tərəfdən Azərbaycanın bu sahədə həyata keçirdiyi fəaliyyətlər və əldə etdiyi uğurlar, digər tərəfdən isə bu tədbirlərin beynəlxalq olaraq qiymətləndirilməsini özündə əks etdirir: “Çünki bu, bütövlükdə qlobal iqlim gündəliyi baxımından kifayət qədər ciddi bir platformadır. Xüsusən nəzərə alsaq ki, tədbir zamanı praktik iqlim fəaliyyətləri, o cümlədən beynəlxalq əməkdaşlıq və COP31 ərəfəsində həyata keçiriləcək fəaliyyətlərin və nəzərdə tutulan fəaliyyətlərin icrası ilə bağlı məsələlər müzakirə olunacaq. Bu isə ondan xəbər verir ki, sözügedən tədbir bütövlükdə iqlim dəyişiklikləri sahəsində mövcud layihələrin genişləndirilməsi istiqamətində kifayət qədər vacib bir tədbirdir. O baxımdan bu tədbirin keçirilməsi həm Azərbaycanın iqlim dəyişikliklərinə verdiyi töhfəni, həm də Azərbaycanın qlobal məsələlərdə oynadığı rolunu göstərir”.
Röya İsrafilova