7 Sentyabr 16:15
“Səudlar qalib gəlsə, husiləri Qırmızı dənizdən uzaqlaşdıracaq”
“Çox istəyərdim ki, ya amnistiya, ya da əfvetmə haqqında qərar qəbul olunsun”- Qüdrət Həsənquliyev
Milli Hidrometeorologiya Xidməti: Bakıya aylıq normadan çox yağıntı düşüb - FAKTİKİ HAVA
Küləkli hava şəraiti ilə əlaqədar baş vermiş hadisələr nəticəsində 4 nəfər xəsarət alıb
Səudiyyə Ərəbistanında husilərin hücumu: 73 mülki şəxs yaralanıb
10:31
336
Sentyabrın 8-i saat 9:00-a olan faktiki hava açıqlanıb.
APA Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sentyabrın 8-i saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv olub.
Bakıda və Abşeron yarımadasında 30 mm-dək yağıntı qeydə alınıb ki, bu da aylıq normanın 133%-ni təşkil edir.
Respublikanın rayonlarında düşən yağıntının miqdarı Xızıda 23, Astarada 18, Qobustanda 17, Ağdamda 14, Sabirabadda 10, Lənkəran, Şamaxıda 10, Xaltan, Tərtər, Lerikdə 9, Zərdabda 8, Lerik, Kürdəmirdə 7, Şirvanda 4, Yardımlıda 3, Qax (Sarıbaş), Xınalıq, Quba, Göyçayda 2, Cəbrayıl, Bərdə, Qusar, Qrız, Oğuz, Şəki (Kişçay), Biləsuvar, Naftalan, Balakən, Zaqatala, Gəncə, Goranboy, Daşkəsən, Göygöl, Yevlax, Ordubad, Beyləqan, İmişli, Şahdağ, Şabranda 1 mm-dək olub.
Müşahidə olunan küləkli hava şəraiti sentyabrın 8-i səhər saatlarından tədricən zəifləyərək 8-13 m/s-yə çatıb.