NATO ABŞ-nin iştirakı ilə Ukrayna Əlaqə Qrupunun "Virtual Görüşü"nə ev sahibliyi edəcək Dünya

NATO ABŞ-nin iştirakı ilə Ukrayna Əlaqə Qrupunun "Virtual Görüşü"nə ev sahibliyi edəcək

Ukraynaya silah tədarükü üzrə Təmas Qrupunun "virtual görüşü" sentyabrın 8-də ABŞ-nin hərbi nazirinin siyasi məsələlər üzrə müavini Elbric Kolbinin iştirakı ilə baş tutacaq.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

"Sentyabrın 8-də NATO-nun baş katibi Mark Rütte Ukrayna üzrə Təmas Qrupunun virtual görüşündə iştirak edəcək", — deyə mətbuat xidmətindən bildirilib.

Videokonfrans iştirakçıları arasında xüsusilə ABŞ-nin hərbi nazirinin siyasi məsələlər üzrə müavini Elbric Kolbi, həmçinin Almaniya, Böyük Britaniya və Ukraynanın müdafiə nazirlərinin adları çəkilib.

Məryəm Quliyeva