Tehrandan Vaşinqtona sərt xəbərdarlıq: Hörmüz boğazı tam bağlana bilər Dünya

Tehrandan Vaşinqtona sərt xəbərdarlıq: Hörmüz boğazı tam bağlana bilər

Vaşinqtonun Tehrana iqtisadi təzyiqi İran hərbçiləri tərəfindən bütün Hörmüz boğazı zonasının tam blokadası ilə nəticələnə bilər.

Xalqcebhesi.az xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rizai bəyan edib.

"Son günlərdə Vaşinqton İranın yeni raketləri haqqında aydın xəbərdarlıq alıb. İqtisadi müharibə Fars körfəzindən blokada perimetrinə qədər dəniz təcrid zonası ilə qarşılanacaq. ABŞ gəmilərinə və bazalarına qarşı əməliyyat strategiyası köklü şəkildə yenidən nəzərdən keçirilib", — deyə Rizai "X" sosial şəbəkəsində yazıb.

Məryəm Quliyeva