Tramp: İranla münaqişədən sonra ABŞ-də neft kəskin ucuzlaşacaq Dünya

Tramp: İranla münaqişədən sonra ABŞ-də neft kəskin ucuzlaşacaq

ABŞ Prezidenti Donald Tramp İranla münaqişə başa çatdıqdan sonra neft qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini ehtimal edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

"Biz İranla müharibədə qalib gəldikdən sonra neft qiymətləri kəskin düşəcək. Bir qallon üçün üç dollar, nəticədə isə bir qallon üçün iki dollardan da aşağı olacaq", — deyib.

O əlavə edib ki, bu ucuzlaşma sürətlə baş verəcək.

Tramp bir daha bəyan edib ki, "İranın heç vaxt nüvə silahı olmayacaq".

Məryəm Quliyeva