17:33
336
Avropa Komissiyası Ermənistan Baş naziri Nikol Paşinyanın ümid etdiyi kimi, ölkəsinin 2029-cu ildə Aİ ilə vizasız rejim əldə edə biləcəyini təsdiqləməyib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Paula Pinyu bəyan edib.
"2029-cu ilin viza rejiminin liberallaşdırılması ili olub-olmayacağını gözləmək hələ çox tezdir. Hələlik bu dəqiqliklə danışmaq erkəndir", — deyə o bildirib. Pinyunun sözlərinə görə, bu, yalnız "vaxtı çatanda" baş verəcək.
Paşinyan Aİ ilə vizasız rejim əldə etmək niyyətində olduğunu iyulun 2-də İrəvanda Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenlə keçirdiyi birgə mətbuat konfransında bəyan etmişdi. O zaman Avropa Komissiyasının rəhbəri onun fikrinə hər hansı düzəliş etməmişdi.
Məryəm Quliyeva