Şəmkirdə 24 yaşlı gənci qatar vuraraq öldürüb Hadisə

Şəmkirdə 24 yaşlı gənci qatar vuraraq öldürüb

Şəmkirdə gənc oğlanı qatar vurub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Böyük Kəsik-Gürcüstan dəmir yolu xəttinin rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun Sabirkənd kənd sakini, 2002-ci il təvəllüdlü R. Vəliyevi dəmir yolu xəttini keçərkən qatar vurub.

Gənc aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.