Uitkoff və Kuşner Moskva və Kiyevə yeni sülh planı təqdim ediblər Gündəm

Uitkoff və Kuşner Moskva və Kiyevə yeni sülh planı təqdim ediblər

Amerikalı danışıqçılar Stiv Uitkoff və Cared Kuşner Moskva və Kiyevdəki görüşlərə fevral ayında Ukrayna münaqişəsinin həlli üzrə danışıqların dayandırılmasından bəri dəyişən şərtləri nəzərə alan yenilənmiş sənədlər gətiriblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə bazar ertəsi "Financial Times" (FT) mənbələrinə istinadən məlumat yayıb.

"Danışıqlarla tanış olan insanlar bildiriblər ki, amerikalılar fevral ayında sülh danışıqları çıxılmaz vəziyyətə düşdükdən sonra yeni halları əks etdirmək üçün dəyişdirdikləri əvvəllər hazırlanmış sülh sənədlərinin yenilənmiş versiyalarını gətiriblər", — deyə məlumatda bildirilir.

Mənbələrin sözlərinə görə, Uitkoff və Kuşner yalnız bir neçə yeni ideya irəli sürüblər və daha çox "köhnə təklifləri canlandırmağa çalışıblar".

Məryəm Quliyeva