ABŞ Silahlı Qüvvələri Sakit okeanda narkokartelə xidmət edən gəmini batırıb Dünya

ABŞ Silahlı Qüvvələri Sakit okeanda narkokartelə xidmət edən gəmini batırıb

ABŞ hərbçiləri Sakit okeanın şərq hissəsində Ekvador narkokartelinin maraqları üçün istifadə olunan gəmini ələ keçirərək məhv ediblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə sentyabrın 7-də ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb.

"Kəşfiyyat gəminin amansız "Los-Çoneros" narkoterror təşkilatının maraqları üçün istifadə olunduğunu təsdiqləyib. Göyərtədə olan şəxslər Ekvador hakimiyyətinə təhvil veriləcək. Yoxlama və heyət üzvlərinin təxliyəsindən sonra ABŞ Silahlı Qüvvələri gəmini batırıb", — deyə komandanlığın "X" sosial şəbəkəsindəki səhifəsində yerləşdirilən bəyanatda bildirilir.

ABŞ tərəfinin versiyasına görə, batırılan gəmidən narkokartel tərəfindən yanacaqdoldurma stansiyası kimi istifadə olunurmuş.

Məryəm Quliyeva