7 Sentyabr 16:15
7 Sentyabr 14:52
08:37
231
ABŞ hərbi komandanlığı Yaxın Şərqdə İranın yaxınlığındakı bazalarda 230-dan çox qırıcı və hücum təyyarəsindən ibarət böyük taktiki aviasiya qruplaşmasını saxlamağa davam edir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Military Air Tracking Alliance" (MATA) aviasiya resursunun məlumatında bildirilir.
"Itamilradar" portalının məlumatına görə, son iki həftə ərzində rotasiya çərçivəsində Yaxın Şərqdəki qırıcı eskadrilyalarının bir hissəsinin əvəzlənməsi həyata keçirilir, lakin onların ümumi sayı azalmır.
ABŞ döyüş təyyarələri əvvəlki kimi böyük hissəsi yerləşdirilən İordaniyada, eləcə də İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində yerləşir.
Hazırda ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının sərəncamında Yaxın Şərq bazalarında ümumilikdə 208 qırıcı (o cümlədən 65 ədəd F-35A/C, 64 ədəd F-15E, 61 ədəd F-16C, 12 ədəd F/A-18C/D və 6 ədəd EA-18G), həmçinin 30 ədəd A-10 hücum təyyarəsi var.
Bununla yanaşı, İranın cənub-şərqində, Ərəb dənizində döyüş növbətçiliyində olan iki təyyarədaşıyan gəmi və bir iri desant gəmisində daha 110-dan çox (o cümlədən F/A-18 və F-35) qırıcı yerləşdirilib.
Məryəm Quliyeva