7 Sentyabr 16:15
7 Sentyabr 14:52
10:06
266
Husi "Ənsar Allah" hərəkatının Səudiyyə Ərəbistanı şəhərlərinə hücumu nəticəsində ən azı 73 nəfər, o cümlədən qadınlar və uşaqlar xəsarət alıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə SPA agentliyi Ərəb koalisiyasının rəsmi nümayəndəsi, briqada generalı Türki əl-Malikiyə istinadən məlumat yayıb.
"Əbha, Xamis-Muşayt, Cizan və Nəcran şəhərlərində mülki və iqtisadi obyektlər hücuma məruz qalıb, nəticədə 73 mülki şəxs, o cümlədən qadınlar və uşaqlar yaralanıb", — deyə agentliyin məlumatında bildirilir.
Qeyd olunur ki, koalisiya komandanlığı husilərə qarşı mübarizə üçün "bütün zəruri tədbirləri görəcək".
Məryəm Quliyeva