20 rayonda növbəti buraxılış imtahanı keçirilib Hadisə

20 rayonda növbəti buraxılış imtahanı keçirilib

Dünən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 9 və 11-ci siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada növbəti buraxılış imtahanları keçirib.
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Ağcabədi, Ağdam, Bərdə, Tərtər, Zərdab, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı və Siyəzən rayonlarının orta ümumtəhsil müəssisələrinin məzunlarının imtahanlarının keçirilməsi üçün 56 imtahan mərkəzi ayrılıb.
IX sinif şagirdləri, 15-də isə XI sinif şagirdləri imtahan veriblər. Bu imtahanlarda ümumilikdə 38212 şagirdin imtahan verəcəyi gözlənilir.
TQDK Bakı şəhərində Respublika Olimpiya İdman liseyinin 9 və 11-ci sinif şagirdləri üçün də buraxılış imtahanları keçirib. Bu imtahanda 84 nəfər 9-cu, 71 nəfər 11-ci sinif şagirdi iştirak edib. Həm 9-cu, həm də 11-ci siniflərin imtahanlarının idarə edilməsi üçün ümumilikdə 156 imtahan rəhbəri, 2036 nəzarətçi-müəllim ayrılıb. Hər bir şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir.