600-dən çox bal toplayan gənclər… Hadisə

600-dən çox bal toplayan gənclər…

Dövlət İmtahan Mərkəzi (DİM) artıq neçə ildir ki, ali təhsil müəssisələrinə yüksək balla qəbul olunan gənclərin təcrübəsinin öyrənilməsi, yayılması, ictimaiyyətə tanıdılması məqsədilə bir sıra tədbirlər həyata keçirir. Belə ki, bu il müvafiq istiqamətdə informasiyanın ictimaiyyət üçün daha da əlyetərli olması məqsədilə abiturient.az saytında ayrıca bir bölmə 600 və daha yüksək bal toplayan gənclərə həsr edilib.
DİM-dən bildirilib ki, saytda yalnız anket doldurmuş və "Anket suallarına cavablarınızdan nümunələrin və şəklinizin abiturient.az saytında təqdim olunmasına razısınızmı?" sualına "bəli" cavabını qeyd etmiş gənclər haqqında məlumat veriləcək. Altı yüz və daha yüksək bal toplayan gənclər "iş nömrəsi" və "şəxsi kabinet"in istifadəçi adından (FİN) faydalanaraq abiturient.az saytında təqdim olunan anket-sorğu formasını doldura bilərlər.
Müəllimlərin işə qəbulu üzrə müsabiqəsində 3692 namizəd uğur qazanıb
2018-2019-cu tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin birinci mərhələsi üzrə 3692 namizəd işə qəbul edilib. Hazırda boş qalan yerlərə müddətsiz müqavilə ilə müəllimlərin əlavə yerləşdirilməsi həyata keçirilir. Təhsil Nazirliyindən bildiriblər ki, birinci mərhələdə iştirak edən namizədlərdən altısı ən yüksək nəticə göstərərək müəllim adını qazanıb.