Müdafiə Nazirliyində toplantı Hadisə

Müdafiə Nazirliyində toplantı

Ordudakı xoşagəlməz olaylar müzakirə olundu

Müdafiə Nazirliyində Əlahiddə Ümumqoşun Ordusu, birlik, birləşmə, qoşun qismləri, hərbi hissələrin, Müdafiə Nazirliyinin xüsusi təyinatli təhsil müəssisələrinin komandir və rəislərinin şəxsi heyətlə iş üzrə müavinlərinin metodiki toplantısı keçirilib.
Toplantıda Şəxsi Heyət Baş İdarəsi, Tibb Baş İdarəsi, Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi, Hüquq İdarəsi nümayəndələri və qonaq qismində dəvət olunan Qafqaz Müsəlmanları İdarəsinin aparat rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Simran Həsənov iştirak ediblər.
Tədbirdə Silahlı Qüvvələrdə son zamanlar baş verən bəzi nizmnamədən kənar hadisələr təhlil olunub, tərbiyə işinin təkmilləşdirilməsi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı səviyyəsinin artırılması, hərbi qulluqçuların milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi nə dair bir sıra məsələlər, şəxsi heyətlə iş üzrə vəzifəli şəxslərə gələcək fəaliyyətlərinin daha da gücləndirilməsi istiqamətində tövsiyələrin hazırlanması üçün təkliflər müzakirə edilib.
Metodiki toplantıda həmçinin Vətənə, dövlətə sədaqət, nizamnamələrin tələblərinin şəxsi heyətə öyrədilməsi, qanunlara hörmətlə yanaşılması, hüquq pozuntularının, nizamnamədən kənar hərəkətlərin qarşısının alınması və s. məsələlər barədə fikir mübadiləsi aparılıb.
Sonra tədbir iştirakçılarının müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşü olub.
Müdafiə naziri tərbiyəvi və mənəvi-psixoloji hazırlıq işinin hazırkı vəziyyəti ilə bağlı geniş və ətraflı təhlil aparıb, görülən tədbirlər, onun daha da yüksək səviyyədə təşkili və gücləndirilməsi istiqamətində tövsiyələrini verib.
Nazir bildirib ki, milli-mənəvi dəyərlərimizə yaxından bələd olan, tariximizi yaxşı bilən, Vətənimizi, torpağımızı, xalqımızı ürəkdən sevən, silah və texnikanı müasir tələblər baxımından dərindən öyrənən, əmrləri layiqincə yerinə yetirən kiçik komandirlər tərbiyə edilib yetişdirilməli və əsgərlər hazırlanmalıdır.