Prezident Bakı Metropoliteninin əməkdaşlarını təltif edib Hadisə

Prezident Bakı Metropoliteninin əməkdaşlarını təltif edib

Prezident İlham Əliyev Şaiq Eyubova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Bakı Metropoliteninin tikintisində xidmətlərinə görə Şaiq Veyis oğlu Eyubova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Prezidentin digər sərəncamı ilə Bakı Metropoliteninin tikintisində və istismarında səmərəli fəaliyyətinə görə Abdusəmədov Qurban Əli oğlu, Əmrahov Rasim Zeyqəm oğlu, Mehtiyev Rafail Mehti oğlu, Mirzəliyev Əbülfəz Bağman oğlu və
Tahirov Xaləddin Şərif oğlu "Tərəqqi" medalı ilə təltif ediliblər.
Bundan başqa, dövlət başçısının sərəncamı ilə Bakı Metropoliteninin tikintisində xidmətlərinə görə Məzahir Əbilşah oğlu Nəbiyevə "Əməkdar mühəndis" fəxri adı verilib.