Koreyanın səfiri ADU-da olub Hadisə
- 22 Yanvar 2019 15:14
- 10 927
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Tong Opla görüşüb.
ADU-dan verilən məlumata görə, universitetdə 20-yə yaxın dil və mədəniyyət mərkəzinin mövcudluğundan danışan K. Abdulla Koreya mərkəzinin fəaliyyətindən söz açıb. Rektor K. Abdulla 54 tələbənin Koreya dilini öyrəndiklərini və bu sayın getdikcə daha da artacağını bildirib. Tələbələr arasında Koreya dilini, mədəniyyətini, tarixini öyrənməyə çox böyük potensial, istək və həvəs olduğunu deyən rektor Koreyada da Azərbaycan dilinə eyni münasibətin göstəriləcəyinə ümid etdiyini bildirib. Koreya Mədəniyyət Mərkəzinin Azərbaycan Dillər Universitetinin nəzdində təsis edilməsindən 25 il keçdiyini deyən K. Abdulla bu ildönümünün Ural-Altay nəzəriyyəsinin banilərinə həsr olunmuş tədbir şəklində qeyd olunmasının əhəmiyyətindən danışıb. Akademik K. Abdulla səfirlik və universitet arasındakı qədim tarixə malik əlaqələrin daha da genişlənəcəyi və birgə uğurların davamlı olacağına inamını ifadə edib. Akademik Koreyanın universitetlərindən birində Azərbaycan dili və mədəniyyəti mərkəzinin yaradılmasının əlaqələr çərçivəsində məqsədlərə doğru daha inamla irəliləməyə vasitə olacağını qeyd edib.
Koreyanın səfiri K.T.Op səmimi qəbula görə təşəkkürünü bildirib. Səfir qarşılıqlı əlaqələrin inkişaf etdirilməsində mühüm rol oynayan gənclərlə bağlı məsələlərin müzakirəsi üçün universitet rəhbərləri ilə görüşməyin vacibliyindən danışıb. Buna görə də bu gün ADU-da olmaqdan məmnunluğunu ifadə edən səfir ADU ilə əlaqələrin Koreya üçün xüsusi məna daşıdığını bildirib. Rektorun fikirləri ilə razı olduğunu deyən səfir ADU-da Koreya dilini öyrənən tələbələrin gələcək əməkdaşlığın dərinləşdirilməsində böyük işlər görəcəyinə əminliyini ifadə edib. Birgə tədbirlərin, layihələrin təşkilində maraqlı olduğunu deyən K.T.Op ADU-da Koreya guşəsinin təşkil olunacağını diqqətə çatdırıb.
ADU-nun Tədris işləri üzrə prorektoru professor Əfqan Abdullayev universitet haqqında statistik məlumatları diqqətə çatdırıb, fəaliyyət istiqamətindən bəhs edib.
Azərbaycan və Koreya dilinin təbliği istiqamətindəki ideyalar, birgə layihələr, tələbə-müəllim mübadiləsi, təqaüd proqramları, gələcək perspektivlər müzakirə olunub.

- 25 Aprel 20:19
- 910
- 25 Aprel 18:12
- 819
- 25 Aprel 18:11
- 861
-
Kimsə bir müsəlman ölkəsini xristian klubuna qəbul etməyə hazırlaşmır” – Qüdrət Həsənquliyev
-
Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti yeni brend kimliyini təqdim edir
-
Bölgəmizdə iki güc toqquşur: Paşinyan cəzasız qalmayacaq
-
Üçüncü tərəflərin müdaxiləsi olmasa, Cənubi Qafqazda sülh əldə etmək daha real olar - ŞƏRH
-
Ümidvaram ki, COP29 Azərbaycan və Ermənistan arasında sülhə xidmət edəcək - Annalena Berbok
-
BMT-nin komitəsində Ombudsmanın növbəti hesabatı ilə bağlı dinləmə keçirilib
-
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz etdi
-
Bakıda ilk dəfə velosiped işıqforları quraşdırılır
-
Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlandı
-
Malıbəylidə aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb (FOTO/VİDEO) (YENİLƏNİB)
-
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə etdi - FOTO
-
Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - Vüqar Rəhimzadə
-
"Bakcell" Rebrendinqi elan edir
-
Buraxılış imtahanında ən yüksək nəticəni özəl liseylərin şagirdləri əldə edib
-
Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb - FOTO
-
“Bu, Türk birliyinin bariz nümunəsidir”
-
Naxçıvan əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavin təyin olunub
-
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar - YENİLƏNİB
-
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - YENİLƏNİB
-
Rusiya ABŞ ilə diplomatik münasibətlərin statusunu aşağı sala bilər
-
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
24 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən həmin daş parçası Ağdam Cümə məscidində - VİDEO
-
Elmira Süleymanova dəfn edildi (YENİLƏNİB) (FOTO)
-
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
-
Xocalının Malıbəyli kəndində ən azı 6 nəfərə aid insan qalıqları aşkar edilib - FOTO/VİDEO
-
“Vardanyan adlı şəxsin oğlunun CNN-ə qədər çıxış tapmasının özü ayarıca nüansdır”
-
“ABŞ-də insan haqları barədə hesabat hazırlanmalıdır”
-
Rusiya XİN Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyinin quraşdırılmasına münasibət bildirib
-
Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
-
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdır
-
Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb - Yasemi Öztürk
-
Ermənistanda vətəndaşlar bir neçə avtomobil yolunu bağladı
-
Rusiya Türkiyə XİN-ə nota göndərib - Mariya Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
-
Kilsədə formalaşan erməni siyasəti cəmiyyəti zorakılığa təşviq edir
-
İrəvan Bakı ilə təbii qaz alışı məsələsini müzakirə etməyə hazırdır - Simonyan
-
ABŞ öz gözündə tiri görmür, özgə gözündə tük axtarır
-
"Vardanyan istisnasız olaraq cinayətkatdır"
-
Ölkədə ərzaq məhsullarının qiyməti stabilləşib
-
Türk dünyasının Komitə sədrləri Qarabağa səfər edəcək
-
Rusiya səfirliyi Türkiyə XİN-ə nota göndərib
-
“Sahibkarlığın nə qədər önəmli olduğunu göstərmək üçün...”
-
Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub
-
“Qırğızıstan bizim üçün ən əlverişli ölkələrdən biridir”
-
“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda
-
Cəbrayılın Soltanlı qəsəbisində yenidənqurma işlərinin tamamlanacağı tarix AÇIQLANIB
-
Macarıstan Azərbaycanın enerji sektoruna 2 mlrd. dollar yatırıb
-
“Artıq bununla bağlı razılaşma əldə edilib”
-
“Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur”
-
Macarıstan Azərbaycan və Ermənistanın delimitasiya ilə bağlı son addımlarını alqışlayır
-
“Hindistan artıq ilk dördlükdədir”
-
“Çindən gələnlərin sayı 3,7 dəfə artıb”
-
Macarıstan Azərbaycan-Ermənistan sərhədlərinin demarkasiyası istiqamətində görülən işləri alqışlayır
-
Azərbaycana görə bizi tənqid edənlər indi Prezident İlham Əliyevlə şəkil çəkdirmək üçün can atırlar - Peter Siyarto
-
Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər
-
Qazaxın dörd kəndinin diplomatik yolla qaytarılmasını alqışlayırıq - Fuat Oktay