Ermənilər sutka ərzində atəşkəs rejimini 37 dəfə pozub Hadisə

Ermənilər sutka ərzində atəşkəs rejimini 37 dəfə pozub

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 37 dəfə pozulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, erməni silahlı bölmələri son 2 gün ərzində Ermənistan Respublikasının Noyemberyan rayonunun Barekamavan və İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutub.
Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndlərində yerləşən mövqelərimiz də atəşə məruz qalıb.
Füzuli rayonunun Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Horadiz, Ağdam rayonunun Sarıcalı, Yusifcanlı, Şıxlar, Mərzili, Baş Qərvənd, Şuraabad, Tərtər rayonunun Göyarx, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.