22 Dekabr 16:47
22 Dekabr 16:09
22 Dekabr 12:44
Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Ərgüc Kələntərli ilə görüşüb
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi yol qəzasında ölüb
Gələn ildən Türkiyə və Ermənistan arasında aviareyslərin sayı artırılır
Budanov ABŞ-ın planı üzrə sülhə nail olmaq perspektivlərini nikbin qiymətləndirir
22 İyul 2019 16:05
2 086
Keçiriləcək müsahibənin vaxtı məlum olub
“ASAN xidmət”də işləmək istəyənlər üçün keçiriləcək müsahibənin vaxtı məlum olub.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, elan üzrə 10 dövlət orqanında mövcud olan inzibati dövlət qulluğu vəzifələrinə aid 128 vakant vəzifə üzrə 158 yer müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 742 namizədlə 1840 müsahibənin keçirilməsi planlaşdırılır.
Ən yüksək müsabiqə vəziyyəti Balakən regional “ASAN xidmət” mərkəzi, Vətəndaşların qəbuku içinin təşkili sektorunda aparıcı məsləhətçi ( 1 vakant yer üzrə 209 namizəd), 6 saylı Bakı “ASAN xidmət” mərkəzi, Vətəndaşların qəbulu işinin təşkili sektorunda baş məsləhətçi (1 vakant yer üzrə 168 namizəd), Şamaxı regional “ASAN xidmət” mərkəzi, Vətəndaşların qəbulu işinin təşkili sektorunda böyük məsləhətçi (1 vakant yer üzrə 158 namizəd) vəzifələri üzrə qeydə alınıb.
Müsahibələrin 29 iyul-5 noyabr 2019-cu il tarixləri ərzində keçirilməsi nəzərdə tutulur.
Müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır. Seçilmiş vəzifədən imtina etmək üçün müsahibələrin keçirilmə qrafikində öz adınızı seçib, açılan müraciət formasında "İMTİNA" düyməsini sıxmaq lazımdır.
Namizədlərdən müsahibə vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.
22 Dekabr 21:38
1 036
22 Dekabr 18:04
1 113
22 Dekabr 17:53
1 071