Bir qrup kino xadiminə fəxri adlar verilib Hadisə

Bir qrup kino xadiminə fəxri adlar verilib

Prezident İlham Əliyev bir qrup kino xadiminə fəxri adların verilməsi barədə sərəncam imzalayıb.
Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında Sərəncamla Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə, Əliyev Vidadi Hüseyn oğlu, Həsənov Vidadi İsmail oğlu və Quliyeva Xalidə Camal qızına “Xalq artisti”, Azay Adil Çərkəz oğluna “Əməkdar incəsənət xadimi”, Əlilicanzadə Qorxmaz Məmməd oğlu və Namazov Zilli Yunus oğluna “Əməkdar artist”, Ağayev Nəsir İsmayıl oğlu, Dadaşova Nelli Hacı qızı, Hüseynov Nazim Fikrət oğlu, Quliyev Babək Barat oğlu, Mahmudova Zəkiyyə Güləmi qızı, Məmmədov Əli Bala Ənvər oğlu və Muxtarova Tamilla Muxtar qızına isə “Əməkdar mədəniyyət işçisi” fəxri adları verilib.